"Kristal Pelas" hücumçusu Kristian Benteke ilə müqavilə müddətini yeniləyib. Matc.az xəbər verir ki, bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

Bildirilir ki, 28 yaşlı forvard cari mövsümün sonuna qədər olan sözləşməsinin müddətini daha 1 il uzadıb. "Kristal Pelas" həmçinin müdafiəçi Ceyms Tomkinslə də yeni saziş imzalayıb. 30 yaşlı ingilis futbolçu 2022-ci ilin yayına qədər Premyer Liqa klubuna məxsusdu.

Qeyd edək ki, 2016-cı ildən "Kristal Pelas"ın formasını geyinən Kristian Benteke 98 oyunda 21 qol vurub. Maraqlıdı ki, belçikalı forvard son bir il yarım ərzində cəmi 1 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest