"Barselona"nın yarımmüdafiəçisi Arturo Vidal "İnter"in baş məşqçisi Antonio Kontenin ünvanına tərif yağdırıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu italiyalı mütəxəssisin karyerasındakı əvəzsiz rolundan bəhs edib.

Vidal inkişafını məhz sabiq çalışdırıcısına borcludu: "Konte futbolumun təməlini qoyub. O, futbolçu kimi, bir az mənə oxşayırdı. Antonio mənə çox şey öyrətdi, müdafiə olunarkən mövqe seçimi də buna aiddi. Onun sayəsində qol vurmağa başladım. Konte taktiki canavardı. Hər məşqçidən bir şey götürdüm. Amma Antonio mənim formalaşmağımda böyük rol oynadı".

Qeyd edək ki, "İnter" Vidalı mövsümün sonunda transfer etmək niyyətindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest