19 Oktyabr 2019, 19:32
DİGƏR
Rumıniyanın paytaxtı Buxarestdə gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib. Matc.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir.
Medallar uğrunda Azərbaycan yığma komandasının üzvləri də mübarizə aparırlar. Bu gün onlardan ilk olaraq Mərziyyə Məhərrəmova körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlərin 49 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
İdmançımız toplam 146 kq (66+80) nəticə ilə bu çəki dərəcəsində 4-cü yeri tutub.