Futbol üzrə İngiltərə Premyer Liqasında 9-cu tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib.
Turun açılış oyunu "Everton" və "Vest Hem" komandaları arasında olub. Meydan sahibləri bu görüşdə inamlı qələbəyə seviniblər.
"çelsi" bu turda "Nyukasl"ı qəbul edib və minimal hesabla üstün olub. "Mançester Siti" isə "Kristal Pelas" səfərinə yollanıb. "Şəhərlilər" 2 cavabsız qola seviniblər.
"Tottenhem" isə bu dəfə "Uotford"la ev oyununda xal itkisi ilə üzləşib.
İngiltərə Premyer Liqası
9-cu tur
19 oktyabr
Everton – Vest Hem 2:0
Qol: Bernard, 17. Siqurdsson, 90+2.
Aston Villa – Brayton 2:1
Qol: Qriliş, 45+2. Targett, 90+4 – Uebster, 21.
Bornmut – Norviç 0:0
çelsi – Nyukasl 1:0
Qol: M.Alonso, 73.
Lester – Bernli 2:1
Qol: Vardi, 45. Tilemans, 74 – Vud, 26.
Tottenhem – Uotford 1:1
Qol: D.Alli, 86 – Dukure, 6.
Vulverhempton – Sauthempton 1:1
Qol: R.Ximenes, 61-pen – İnqs, 53.
Kristal Pelas – Mançester Siti 0:2
Qol: Q.Xesus, 39. D.Silva, 41.
20 oktyabr
19:30 Mançester Yunayted – Liverpul
21 oktyabr
23:00 Şeffild Yunayted – Arsenal