Futbol üzrə İtaliya A Seriyasında 8-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
Açılış oyununda "Latsio" "Atalanta" ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı qarşılaşmada qonaqlar 3:0-lıq üstünlüyü əldən veriblər.
"Napoli" "Verona"nı, "Yuventus" isə "Bolonya"nı qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbə qazanan tərəf olub.
İtaliya A Seriyası
8-ci tur
19 oktyabr
Latsio – Atalanta 3:3
Qol: İmmobile, 69-pen; 90+3-pen. Korrea, 70 – Muriel, 23; 28. A.Qomes, 37.
Napoli – Verona 2:0
Qol: Milik, 37; 67.
Yuventus – Bolonya 2:1
Qol: Ronaldo, 19. Pyaniç, 54 – Danilo, 26.
20 oktyabr
14:30 Sassuolo – İnter
17:00 Kalyari – SPAL
17:00 Sampdoriya – Roma
17:00 Udineze – Torino
20:00 Parma – Cenoa
22:45 Milan – Leççe
21 oktyabr
22:45 Breşiya – Fiorentina