"Keşlə"nin futbolçusu Ebrima Sohna milliyə dəvət olunub. Matç.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Qambiya milli komandasının baş məşqçisi Tom Seyntfit dəvət etdiyi oyunçuların siyahını açıqlayıb.

Siyahıda 20 nəfərin yer alıb. Burada "Keşlə"nin yarımmüdafiəçisi də adı var.

Qambiya millisi noyabrın 17-də Benini qəbul edəcək. Bu matç Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində baş tutacaq.

Qeyd edək ki, 4 matçda 2 xal toplayan Qambiya D qrupunda sonuncu – 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest