"Bavariya" gənc futbolçusu Lars Lukas May ilə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu ilə 2022-ci ilin 30 iyununa qədər uzadılıb. Əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayında bitəcəkdi.

Qeyd edək ki, May 2014-cü ildə Drezden "Dinamo"sundan "Bavariya"ya keçib. Əvvəlcə kubun U-16 komandasında çıxış edən Lukas hazırda Münhen klubunun əvəzedicilərinin şərəfini qoruyur. Son mövsümlərdə isə o, arabir əsas komanda ilə də oyunlara çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest