"Mançester Siti" hücumçusu Rahim Sterlinqlə yeni müqaviləyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, tərəflər ortaq məxrəcə gəlməyə çox yaxındı.

Anlaşma əldə edilərsə, İngiltərə millisinin üzvü Premyer Liqanın ən yüksək ödənişli oyunçusuna çevriləcək. Belə ki, yeni sazişdən sonra 24 yaşlı oyunçunun həftəlik məvacibi 450 min funt-sterlinq təşkil edəcək.

Qeyd edək ki, hazırda müqavilə müddəti 2023-cü ilə qədər olan Rahim Sterlinqin həftəlik qazancı 300 min funt-sterlinqdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest