Bolqarıstan millisinin yeni baş məşqçisi məlum olub. Matc.az xəbər verir ki, yığmanın "sükan"ı Georgi Dermenciyevə tapşırılacaq.

Bu barədə Bolqarıstan Futbol Birliyinin vitse-prezidenti Yordan Leçkov məlumat yayıb. O, Georgi ilə danışıqların son mərhələsində olduqlarını və yaxın zamanda təyinatı rəsmən açıqlayacaqlarını bildirib. Dermenciyev son olaraq "Levski" (Sofiya) klubunu çalışdırıb. 64 yaşlı mütəxəssis hazırda işsizdi.

Bolqarıstan millisinin əvvəlki baş məşqçisi Krasimir Balakov Aç-2020-nin seçmə mərhələsinin İngiltərə ilə oyununda (0:6) baş verən olaylarla bağlı istefa vermişdi. Sözügedən qarşılaşmada bolqar azarkeşlər ingilis oyunçulara qarşı irqçilik etmişdi. Bu səbəbdən Bolqarıstan hökuməti yerli futbol birliyinin prezidentini istefaya göndərmiş, daha sonra isə yığmanın baş məşqçisi vəzifəsindən ayrılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest