Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində oktyabrın 23-dən 26-dək Bakı İdman Sarayında keçiriləcək oyunların biletləri satışa çıxarılıb. Matc.az saytı xəbər verir ki, biletlərin qiyməti 1 manat təşkil edir.

Oyunları izləmək istəyən azarkeşlər biletləri ASAN 1, ASAN 2, ASAN 3, 28 Mall, Gənclik Mall, Kiosk 1, Kiosk 2, Kiosk 3 və Heydər Əliyev Sarayından əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan millisi III qrupda müvafiq olaraq Moldova (23 oktyabr), Monteneqro (24 oktyabr) və Slovakiya (26 oktyabr) ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest