La Liqanın X turunda keçirilməli olan "Barselona" - "Real" matçının tarixi hələ də dəqiqləşməyib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klublar "El Klasiko"nun dekabrın 18-də baş tutmasının tərəfdarıdı.

Bununla bağlı La Liqaya müraciət də edilib. Lakin çempionatın təşkilatçısı olan qurum görüşün həmin tarixdə keçirilməsinə qarşıdı. La Liqa rəhbərliyi oyunu dekabrın 4-nə salmağı planlaşdırır. Bununla bağlı klublara rəsmi məktub da göndərilib. "Barselona" və "Real" bu gün axşama qədər təklifə konkret cavab verməlidi. Bundan sonra komitə yeni iclas keçirəcək və təklifləri nəzərdən keçirəcək.

Qeyd edək ki, Kataloniyadakı iğtişaşlar səbəbindən oktyabrın 26-da "Nou Kamp"da keçirilməli olan görüşün təxirə salınmasına qərar verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest