"Bu mövsüm avrokuboklarda etdiklərimiz möcüzədi. Biz həvəskar komandayıq. Gələn illərdə bunun baş verəcəyi düşünüləsi bir şey deyil". Matc.az saytının məlumatına görə, bunu "Düdelanj"ın prezidenti Romain Şumaxer deyib.

Klub rəhbəri Avropa Liqasının qrup mərhələsinin III turunda "Sevilya" ilə keçiriləcək səfər oyunu öncəsi fikirlərini bölüşüb. O, yerli mətbuata açıqlamasında iki komanda arasında böyük fərq olduğunu vurğulayıb.

Şumaxer qrupdan çıxmaq şanslarına da toxunub: "Sevilya" ötən il qarşılaşdığımız "Betis"dən daha güclüdü. Bizimlə müqayisədə onlar başqa dünyadı. Qrupda APOEL-ə səfərdə qalib gəlsək də, "Qarabağ"a evdə uduzduq. Düşünürəm ki, yenidən APOEL-ə qalib gəlmək, Bakıda yaxşı oynamaq və "Qarabağ"ı təəccübləndirmək çətin olacaq. çox seçim imkanımız yoxdu. Amma bizim kimi həvəskar komandanın hələ də ümid etməsi özü böyük şeydi".

Qeyd edək ki, "Sevilya" - "Düdelanj" matçı oktyabrın 24-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest