Rusiyalı futbolçu İvan Vşikov öldürülüb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu iddia ilə mərhumun anası Olqa Vşikov çıxış edib.

O bildirib ki, bu yaxınlarda polis tərəfindən yaxalanan "Proqress"in oyunçusu qaynar su ilə yandırılıb: "Oğlumun bədəninin 70 faizi yanıb. Həkimlər bildirdilər ki, bu, cinayətdi. İstənilən şəxsin başından 5 dəqiqə qaynar su tökülsə, onda bu cür yanıqlar əmələ gəlir".

Ana Vşikov artıq prokurorluqla əlaqə saxladıqlarını və polisə qarşı məhkəmə işinin açılmasını tələb etdiklərini bildirib.

Qeyd edək ki, evli olan İvan Vşikovun 2 övladı var. O, bu yaxınlarda kiçik xuliqanlıq əməlinə görə saxlanılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest