"Yuventus"un qapıçısı Canluici Buffon və "Boka Xuniors"un yarımmüdafiəçisi Daniele De Rossi yenidən İtaliya yığmasının formasını geyinə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu "Skuadra Adzurra"nın baş məşqçisi Roberto Mançini deyib.

O bildirib ki, "Rai" ilə İtaliya Futbol Federasiyası arasında yeni müqavilənin təqdimatı zamanı federasiya prezidenti Qabriele Qravina ilə arasında bu barədə görüş olub: "Prezidentin ideyası ilə razılaşdım. Buffon və De Rossi 2006-cı ildəki dünya çempionatında iştirak edənlər arasında karyerasını davam etdirən yeganə oyunçulardı. Onlar bir oyunluq milliyə çağırıla bilərlər".

Qeyd edək ki, İtaliya millisi AVRO-2020-yə vəsiqəni rəsmiləşdirdiyindən, seçmə mərhələnin gələn ay keçiriləcək son oyunlarına Buffonla De Rossinin dəvət edilməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest