"Arsenal" hazırda icarə əsasında komandada çıxış edən Daniel Sebalyosu birdəfəlik transfer etmək qərarına gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "topçular" bununla bağlı yarımmüdafiəçinin müqavilə ilə məxsus olduğu "Real"la danışığa başlayıb.

Premyer Liqa təmsilçisi qarşı tərəfə 25 milyon funt-sterlinq təklif edib. 23 yaşlı oyunçu özü də "Real"ın prezidenti Florentino Peresə zəng vuraraq, "Arsenal"a satılmasını xahiş edib. Lakin "kral klubu" təklifi rədd edib.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 9 oyun keçirən Daniel Sebalyos 2 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest