Azərbaycanı bu turnirdə təmsil edən "Qəbələ" meydana sabah çıxacaq. Bu yaş qrupunda Azərbaycan çempionu olan "qırmızı-qaralar" Moldovanın "Şerif" klubu ilə üz-üzə gələcək.
UEFA-nın U-19 komandaları arasında təşkil etdiyi Gənclər Liqasında növbəti oyunlar keçiriləcək. Matç.az saytı xəbər verir ki, çempionlar Liqası yolunda komandalar II turun matçlarına çıxacaqsa, çempionlar yolunda I mərhələnin ilk oyunlarına start veriləcək.
Azərbaycanı bu turnirdə təmsil edən "Qəbələ" meydana sabah çıxacaq. Bu yaş qrupunda Azərbaycan çempionu olan "qırmızı-qaralar" Moldovanın "Şerif" klubu ilə üz-üzə gələcək.
İlk görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 18:00-da başlayacaq. Oyunu gürcüstanlı hakimlər idarə edəcək.
Emin İmaməliyevin yetirmələri cavab oyununu 3 həftədən sonra Tiraspolda keçirəcək. Bu cütün qalibi növbəti raundda "Herta" (Almaniya) – "Lex" (Polşa) duelinin güclüsü olacaq.
UEFA Gənclər Liqası
çempionlar yolu
I mərhələ, ilk oyun
3 oktyabr
18:00. "Qəbələ" (Azərbaycan) – "Şerif" (Moldova)
Hakimlər: Giorgi Kruaşvili, Zaza Menteşaşvili, Zaza Pipiya (hamısı Gürcüstan), İnqilab Məmmədov (Azərbaycan)
Qəbələ şəhər stadionu