Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. Matc.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. 
 
Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulublar.
 
Bu gün onlardan daha biri – Kənan Əliquliyev körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlərin 81 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
 
İdmançımız toplam 295 kq (127+168) nəticə ilə 6-cı yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest