Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Matc.az saytı xəbər verir ki, siyahıda dəyişikliklər qeydə alınıb.

211 yığmanın yer aldığı cədvəldə Azərbaycan millisi geriləyib. Nikola Yurçeviçin yetirmələri ötən ayla müqayisədə 2 pillə geriləyərək, 111-ci yerə düşüb. Komandamızın aktivində 1189 xal var.

Millimiz hesabat dövründə yoldaşlıq görüşündə Bəhreynə qalib gəlib (3:2), AVRO-2020-nin seçmə mərhələsində isə Macarıstana məğlub olub (0:1).

 

Millimiz və "qonşuları"

108 (107). Keniya - 1195

109 (114). Tailand – 1193

110 (109). Farer adaları - 1192

111 (113). Azərbaycan – 1189

112 (111). Mərkəzi Afrika Respublikası – 1186

112 (112). Mozambik - 1186

114 (119). Kosovo - 1184

 

Yığmamızın AVRO-2020-nin seçmə mərhələsindəki rəqibləri də yerlərini dəyişib. Xorvatiya və Uels irəliləyibsə, Slovakiyada geriləmə müşahidə olunub. Yalnız Macarıstan 50-ci pillədəki mövqeyini qoruyub.

 

Millimizin rəqibləri

7 (8). Xorvatiya – 1631

24 (25). Uels - 1524

31 (29). Slovakiya - 1493

50 (50). Macarıstan - 1429

 

Dünyanın ən güclü 10 komandasının siyahısında da yerdəyişmələr olub. Düzdü, ilk "10-luq"da yeni ad yoxdu. Ancaq burda komandalar arasında mövqe dəyişiklikləri olub.

 

İlk "onluq"

1 (1). Belçika – 1755

2 (2). Fransa – 1726

3 (3). Braziliya – 1715

4 (4). İngiltərə - 1651

5 (6). Uruqvay – 1642

6 (5). Portuqaliya – 1632

7 (8). Xorvatiya – 1631

8 (7). İspaniya – 1625

9 (10). Argentina – 1617

10 (9). Kolumbiya - 1615

 

Qeyd edək ki, qonşu Türkiyə millisi 1490 xalla siyahıda 4 pillə irəliləyərək, 32-cı yerdə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest