2021-ci ildə keçiriləcək klublararası dünya çempionatına (KDç) ev sahibliyi edəcək ölkə məlum olub. Matc.az xəbər verir ki, çin 2021-ci ildə keçiriləcək mundiala ev sahibliyi edəcək. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.
 
2019 və 2020-ci illərdə keçiriləcək klublararası dünya çempionatına Qətər ev sahibliyi edəcək. Hazırkı formata görə turnirdə 7 klub iştirak edəcək. Qətərdə təşkil olunacaq turnir 11-21 dekabr tarixlərində keçiriləcək.
 
2021-ci ildə keçiriləcək yarış isə yeni formatda olacaq. Belə ki, turnir çərçivəsində 24 komanda mübarizə aparacaq.
 
FİFA bundan əlavə, 2021-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandaların dünya çempionatına İndoneziyanın, çimərlik futbolu üzrə Dç-2021-ə Rusiyanın, 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasındakı Dç-2021-ə isə Perunun ev sahibliyi edəcəyini açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest