"Mançester Siti"nin müdafiəçisi Aleksandr Zinçenko əməliyyat olunub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc futbolçu cərrah bıçağı altına uzanıb.

Ukraynalı futbolçu əməliyyatdan sonra instaqram səhifəsi vasitəsilə paylaşım edib. Dizindən əməliyyat olunan 22 yaşlı oyunçunun nə zaman yaşıl meydanlara qayıdacağı barədə məlumat verilməyib.

Qeyd edək ki, Aleksandr Zinçenko bu mövsüm bütün turnirlərdə 9 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest