"Region Liqası"nın 2019/2020-ci il  mövsümünün Naxçıvan Muxtar Respublikası üzrə püşkü atılıb. Matc.az xəbər verir ki, mövsümün ilk oyunları noyabrın  2-də və 3-də keçiriləcək. 
 
Mərkəz zonasının oyunları 3, Qərb zonasının görüşləri isə 5 dövrədən ibarət olacaq. 
 
Turnirin iştirakçı komandalarının zonalar üzrə bölgüsünü və püşkün nəticəsinə uyğun olaraq, birinci turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:
 
Mərkəz
"Araz" (Naxçıvan)
"Dübəndi" (Ordubad)
"Əlincə" (Culfa)
"Batabat" (Şahbuz)
"Babək"
 
I turun oyunları
"Əlincə" (Culfa) – "Batabat" (Şahbuz)
"Dübəndi" (Ordubad) – "Babək"
 
Qərb
"Arpaçay" (Şərur)
"Naxçıvan Dövlət Universiteti"
"Kəngərli"
"Sədərək"
 
I turun oyunları
"Kəngərli" – "Sədərək" 
"Naxçıvan Dövlət Universiteti" – "Şərur"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest