Futbol üzrə İspaniya La Liqasında 10-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, ikinci oyun günündə daha üç görüş baş tutub.
"Leqanes" "Malyorka"nı, "Valyadolid" "Eybar"ı məğlub yola salıb.
Turun maraqla gözlənilən qarşılaşmasında "Atletiko" doğma azarkeşləri qarşısında "Atletik"i qonaq edib. Madrid təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
Bu tur keçirilməli olan "Barselona" – "Real" oyunu Kataloniyadakı iğtişaşlar səbəbindən təxirə salınıb. Görüşün dekabrın 18-də keçiriləcəyi gözlənilir.
İspaniya La Liqası
10-cu tur
25 oktyabr
Vilyarreal – Alaves 4:1
Qol: Ekambi, 13; 66. Moreno, 84. Ontiveros, 90+1 – L.Peres, 50.
26 oktyabr
Leqanes – Malyorka 1:0
Qol: Breytveyt, 31.
Valyadolid – Eybar 2:0
Qol: Qvardiola, 10. Salisu, 39.
Atletiko – Atletik 2:0
Qol: Saul, 28. Morata, 64.
27 oktyabr
15:00 Selta – Real Sosyedad
17:00 Qranada – Betis
19:00 Levante – Espanyol
21:30 Sevilya – Xetafe
00:00 Osasuna – Valensiya