Portuqaliyanın "Benfika" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Portuqaliya təmsilçisinin futbolçusu Rafa Silva uzun müddətlik sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun "Lion"la matçında (2:1) zədələnən 26 yaşlı oyunçunun sol budunun əzələsində yırtıq müəyyən olunub. Portuqaliya millisinin də formasını geyinən Silva 4 ay yaşıl meydanlardan uzaq qalacaq.
 
Bu mövsüm "Benfika" ilə 12 oyuna çıxan Rafa, 4 qol vurub və eyni sayda da məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest