"Yuventus" İtaliya A Seriyasının 9-cu turunda səfərdə "Leççe" ilə qarşılaşıb. Matc.az xəbər verir ki, 1:1 hesabıyla bitən qarşılaşmanın ikinci hissəsində Turin təmsilçisinin hücumçusu Qonsalo İquayn rəqib komandanın qapıçısı Qabriellə toqquşub. 
 
Başından xəsarət alan argentinalı oyunçu, daha sonra sarğıyla meydana çıxıb və sonadək oynayıb.
 
İquayn oyun bitdikdən sonra tibbi müayinədən keçmək üçün dərhal xəstəxanaya aparılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest