Türkiyə klubu "Kayserispor"da yenidən baş məşqçi istefası reallaşıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Samet Aybaba vəzifəsindən ayrılıb.

Superliqa təmsilçisinə cəmi 17 gün əvvəl təyin olunan Aybaba istefa verdiyini açıqlayıb. Təcrübəli mütəxəssis ayrılığını belə əsaslandırıb: "Bu ayın əvvəlində bir neçə variantım olsa da, "Kayserispor"a üstünlük verdim. Ancaq geridə qalan 17 gün ərzində əziyyətimin qarşılıqsız qaldığını, futbolçu heyətinin məsuliyyətsiz davranışını gördüm. Futbol ürəklə və inamla oynanılır".

Qeyd edək ki, oktyabrın 6-da Hikmət Karamanla yollarını ayıran "Kayserispor" ayın 11-də Samet Aybaba ilə anlaşmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest