"Atalanta" İtaliya A Seriyasının 9-cu turu çərçivəsində "Udineze"yə 7:1 hesabı ilə qalib gəlib. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu qələbə sayəsində "Atalanta" klub tarixinin ən böyük qələbəsini təkrarlayıb. 
 
Komanda 1952-ci ildə "Triestina"nı eyni hesabla məğlub etmişdi.
 
Bundan başqa, "Atalanta" cari mövsümdə keçirdiyi 9 çempionat oyununda 28 qol vurub. Bu nəticə 1992/93-cü il mövsümündən bəri İtaliya A Seriyasındakı ən yaxşı nəticədir. Həmin mövsüm "Milan" 9 turda 29 qolla yadda qalmışdı.
 
A Seriyasında 9 turdan sonra 20 xal toplayan "Atalanta" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest