Türkiyə Super Liqasının 9-cu turu çərçivəsində səfərdə "Beşiktaş"a 0:1 hesabıyla uduzan "Qalatasaray" antirekorda imza atıb. Matc.az xəbər verir ki, İstanbul nəhəngi cari mövsümdə rəqib qapılarından cəmi 9 qol keçirib ki, bu da son 30 ilin ən pis göstəricisidi.
 
"Sarı-qırmızılar" sonuncu dəfə 1989/1990 mövsümünün ilk 9 turunda 9 qol vurmuşdu. Ondan sonrakı mövsümlərdə bu komanda ilk 9 tura ən azı 1 qol vururdu.
 
Bütövlükdə isə, "Qalatasaray" bu mövsüm 13 rəsmi oyuna çıxıb, bu qarşılaşmalardan 7-də rəqib qapılarına yol tapa bilməyib.
 
"Qalatasaray" Super Liqada 9 turdan sonra 13 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest