İtaliya A Seriyasının 9-cu turunda "Fiorentina" doğma azarkeşləri qarşısında "Latsio"ya uduzub – 1:2. Matc.az xəbər verir ki, qarşılaşmanın 90-cı dəqiqəsində, "Latsio"nun vurduğu qol epizodunda özünə qarşı sərt oynanıldığını bildirən Frank Riberi, əsəblərini cilovlaya bilməyib. 
 
Oyunun final fitindən sonra yan xətt hakimi ilə mübahisə edən fransız oyunçu, referini itələyib. Riberinin bu hərəkətinə görə bir neçə oyunluq cəzalandırılacağı gözlənilir.
 
Bu gün isə Riberi sosial şəbəkə hesabında həmin hərəkətinə görə üzr istəyib: "ötən gecə baş verənlərə görə çox məyusam. Komanda yoldaşlarımdan, məşqçilərdən, azarkeşlərimizdən üzr istəyirəm. Hətta Passeridən də üzr istəyirəm. çox əsəbləşmişdim və məyus idim. ümid edirəm ki, o, mənim üzüntümü başa düşər".
 
"Fiorentina"nın sahibi Rokko Komisso da baş verənlərlə bağlı fikirlərini bölüşüb: "Riberi əsəbləşmişdi və bu üzdən səhvə yol verdi. Amma onun bunu etmək üçün səbəbi vardı. Necə olacağına baxacağıq. çünki hər şey hakimin qayda pozuntusunu görməməsinə görə baş verdi. Mənə maraqlıdı, niyə həmin epizodda VAR-a müraciət olunmadı?"
 
Riberi bu mövsüm A Seriyasında 9 oyuna çıxıb və 2 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest