çinin "Quançjou Everqrand" klubu baş məşqçisi Fabio Kannavaro ilə yolları ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
İstefanın dəqiq səbəbi açıqlanmayıb. "Quançjou Everqrand" son üç oyunda qələbə qazana bilməyib. Amma istefanın sırf bununla əlaqədar olması ehtimalı azdı. Məsələ burasındadı ki, sözügedən komanda hazırda çin çempionatında liderdi.
 
Kannavaronun intizamsız davranışı və klub rəhbərliyi ilə fikir ayrılığı səbəbindən qovulması ehtimalı daha yüksək qiymətləndirilir.
 
46 yaşlı italiyalı mütəxəssis çin klubunda 2017-ci ildən baş məşqçi kimi çalışırdı. O, 2014/15 mövsümündə də sözügedən komandaya rəhbərlik etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest