Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaoli İspaniyaya qayıda bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 59 yaşlı mütəxəssisin "Betis"i çalışdırmaq ehtimalı yaranıb.

La Liqa təmsilçisi hazırkı baş məşqçi Xoan Fransesk Ferrerlə yollarını ayırmağı planlaşdırır. Klub rəhbərliyi uğursuz çıxış səbəbindən bu dəyişikliyi düşünür. Komanda hazırda 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Xorxe Sampaoli hazırda "Santos"u çalışdırır. Onun Braziliya klubu ilə müqavilə müddəti gələn ilə qədərdi. Təcrübəli mütəxəssis 2016-17 mövsümündə İspaniyada "Sevilya"ya rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest