"Yuventus"un əfsanəvi qapıçısı Canluici Buffon karyerasını daha bir mövsüm davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "qoca sinyora" veteran qolkiperə yeni sözləşmə təklif edib.

Belə ki, turinlilər ona mövsümün sonuna qədər olan müqavilə müddətini daha bir il uzatmağı təklif edib. Buffon buna müsbət cavab versə, karyerasını 43 yaşına qədər davam etdirəcək.

Qeyd edək ki, Canluici Buffon hazırda "Yuventus"da ikinci qapıçıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest