17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması gələn ay təlim-məşq toplanışına yığışacaq. Matc.az xəbər verir ki, komandamız noyabrın 6-dan 9-dək Bakıda hazırlıq keçəcək.

Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək U-17 noyabrın 10-dan 20-dək isə Yunanıstanın Patra şəhərində təlim-məşq toplanışı və rəsmi oyunlar keçirəcək. Bakıdakı toplanışın ilk günündə komanda üzvlərinin iştirakı ilə Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunacaq.

Oyunların təqvimi və təlim-məşq toplanışında iştirak edəcək futbolçuların siyahısı barədə yaxın günlərdə məlumat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest