"Mançester Siti"nin sabiq futbolçusu Cek Roduellin "Roma"ya keçidi baş tutmayıb. Matc.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bir həftə paytaxt klubunun məşqində iştirak edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
Azad agent statusu daşıyan Roduellin performansı "Roma"nın məşqçilər korpusu tərəfindən bəyənilməyib. Bu üzdən də ingilis oyunçu ilə müqavilə imzalanmayıb.
 
"Everton"un yetirməsi olan Roduell, 2012-ci ildə 15 milyon avro qarşılığında "Mançester Siti"yə keçib. İki il "şəhərlilər"də forma geyinən yarımmüdafiəçi daha sonra "Sanderlend" və "Blekbern" klublarında çıxış edib. üç dəfə də İngiltərə milli komandasında çıxış edən 28 yaşlı oyunçu, bu yaydan işsizdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest