"Real" İspaniya La Liqasının 11-ci turunda "Leqanes"lə qarşılaşacaq. Matc.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Qaret Beyl sözügedən qarşılaşmada iştirak etməyəcək. 
 
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Beylin "Real"ın düşərgəsini tərk edərək, Londona uçduğu bildirilir. Uçuşun səbəbi isə məlum deyil.
 
Bir müddət əvvəl Uels millisinin düşərgəsində zədələnən Beyl, hazırda zədəsini sağaltmaqla məşğuldu.
 
Oktyabrın 30-da keçiriləcək "Real" – "Leqanes" oyununa saat 00:15-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest