İspaniya La Liqasının XI turunda "Valyadolid"i böyük hesabla məğlub edən "Barselona" (5:1) liderliyini qoruyub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu görüş Kataloniya klubunun hücumçusu Luis Suares üçün əlamətdar olub.

Belə ki, 77-ci dəqiqədə Lionel Messinin məhsuldar ötürməsini qolla tamamlayan uruqvaylı forvardın La Liqada məyus etmədiyi komanda qalmayıb. "Valyadolid" onun qol vurmadığı yeganə komanda idi ki, Suares bunun da öhdəsindən gəlməyi bacarıb.

Qeyd edək ki, Luis Suares La Liqada indiyə qədər 27 klubla üz-üzə gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest