"Real"ın əfsanəvi kapitanı Fernando Yerro keçmiş komanda yoldaşı Raul Qonzalesin əsas komandanın baş məşqçisi olacağını düşünür. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, İspaniya millisinin sabiq üzvü gənc mütəxəssisin buna hazır olduğunu bildirib.

O, Raulun hələ futbolçu olarkən bu günlərə hazırlaşdığını vurğulayıb: "Raulda "Real"ı çalışdırmaq üçün lazım olan hər şeyi var. Biz hələ futbolçu olanda hamımız Raulun fərqli olduğunu deyirdik. Gözüaçıq, çox həvəsli və istək, eyni zamanda iddialılıq səviyyəsi həmişəkindən daha yüksək olan bir oğlan idi. Onun necə olacağını hamımız başa düşürdük".

Qeyd edək ki, Raul Qonzales hazırda "Real"ın ikinci komandasını çalışdırır. Əsas komandanın baş məşqçisi Zinəddin Zidanın istefası gündəmə gəldiyindən, əksəriyyət məhz Raulu ən ideal alternativ hesab edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest