AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında aşağı yaş qrupu üzrə çempionatlarda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib. Matc.az saytının məlumatına görə, xüsusən də, təhqiramiz ifadələr işlədənlərlə bağlı qərar verilib.

Gənclər Liqasının "Sumqayıt" – "Neftçi" oyununda ikincilərin futbolçusu Fərid Yusifli, Region Liqasının "Ağsu Siti" – "Araz" (Saatlı) görüşündə isə birincilərin üzvü Arzuman Nəsibov hakimə qarşı təhqiredici ifadələr işlədib. Həmçinin Region Liqasının "Energetik" – "Oğuz" matçında "Oğuz"un oyunçusu Orxan Hacıbalayev eyni hərəkətə yol verib. Bu üzdən hər üç futbolçuya 4 oyunluq cəza kəsilib.

U-11 Liqasının "Ərgünəş" (Sumqayıt) – "Gənclik 95" (Sumqayıt) qarşılaşmasında "Gənclik" komandasının məşqçisi Asif Əsgərov hakimi söydüyü üçün 3 oyunluq diskvalifikasiya olunub.

U-17 Liqasının "Neftçi" İK İB – "Xəzər Lənkəran" matçında "Neftçi" İK İB-nın futbolçusu Rahib Bəylərli qeyri-etik ifadələr işlətdiyinə görə 3 oyunluq cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest