I divizionda IX turun oyunları üçün təyinatlar müəyyənləşib. Matc.az xəbər verir ki, oktyabrın 31-də və noyabrın 1-də keçiriləcək bütün görüşlər eyni saatda başlayacaq.
"Qaradağ Lökbatan" bu turda istirahət edəcək. Tovuz şəhər stadionunda təmir işləri getdiyi üçün təqvim üzrə nəzərdə tutulan "Turan Tovuz" – "Ağsu" matçı Ağsu şəhər stadionunda keçiriləcək. İkinci dövrədə bu komandalar arasında baş tutacaq görüş "Turan Tovuz" – "Ağsu" oyunu kimi qeyd olunacaq.
Elita hakimləri Orxan Məmmədov və Rauf Cabarov diviziona yollanacaq. Xüsusən də, Məmmədovun 2 matça təyinat aldığını qeyd etmək olar. Bu ayın 31-də "Neftçi-2" – "Səbail-2" görüşündə ehtiyat hakim olacaq referi ertəsi gün "Sumqayıt-2" – "Sabah-2" qarşılaşmasında eyni vəzifəni icra edəcək.
I divizion
IX tur
31 oktyabr (cümə axşamı)
14:30. "Neftçi-2" – "Səbail-2"
Hakimlər: Vüqar Həsənli, Rza Məmmədov, Zöhrab Abbasov, Orxan Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Binə qəsəbə stadionu
14:30. "Kəpəz" – "Zirə-2"
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Səbuhi Soltanov, Nicat İsmayıllı
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Gəncə şəhər stadionu (pfl.az, canlı)
14:30. MOİK – "Zaqatala"
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
1 noyabr (cümə)
14:30. "Keşlə-2" – "Qarabağ-2"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Etibar Həsənov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Seymur Səlimli
"AZAL Arena"
14:30. "Sumqayıt-2" – "Sabah-2"
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Elmin Süleymanov, Orxan Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
"Kapital Bank Arena" (ehtiyat meydança)
14:30. "Ağsu" – "Turan Tovuz"
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Ruslan Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Ağsu şəhər stadionu (pfl.az, canlı)