"Barselona"nın kapitanı Lionel Messinin daha bir göstəricisi Avropa mətbuatının diqqətini cəlb edib. Matc.az saytı xəbər verir ki, onun La Liqanın XI turunda "Valyadolid"lə qarşılaşmadakı (5:1) ilk qolu maraqlı statistik göstərici ortaya çıxarıb.

Belə ki, argentinalı superulduz cari mövsümdə cərimə zərbəsindən 2-ci, son beş ildə isə 20-ci qolunu vurub. "Böyük beşlik" ölkələri klublarının heç biri Leonun göstəricisinə çata bilməyib. Son beş ildə İspaniya, İngiltərə, İtaliya, Almaniya və Fransanın yüksək liqasında cərimə zərbəsindən ən çox qol vuran komandalar "Yuventus" (15 qol), "Roma" (13), PSJ (13), "Lion" (13) 13) və "Bolonya"dı (12).

Qeyd edək ki, bu mövsüm "Barselona"nın heyətində 8 oyun keçirən Lionel Messinin aktivində 5 qol, 5 assist var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest