Futbol üzrə Rusiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də bu turnirdə növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Orenburq"la qarşılaşıb. Azərbaycanlı hücumçusu komandası bu görüşdən qələbə ilə ayrılıb və 1/4 finala yüksəlib – 2:1.
 
Kamran bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Ximki" növbəti mərhələdə Moskva "Torpedo"su ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest