Moskva "Spartak"ının yarımmüdafiəçisi Ayaz Quliyev komandasını dəyişə bilər. 23 yaşlı futbolçu Premyer Liqanın bir neçə klubunun maraq dairəsindədi. Azərbaycanlı oyunçunun "Krasnodar"a keçmək ehtimalı daha yüksəkdi.

Moskva "Spartak"ının yarımmüdafiəçisi Ayaz Quliyev komandasını dəyişə bilər. Matc.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, 23 yaşlı futbolçu Premyer Liqanın bir neçə klubunun maraq dairəsindədi.

"Spartak"ın ötən il 500 min avroya "Rostov"a satdığı, lakin bu ilin əvvəlində 1 milyon avroya qaytardığı azərbaycanlı oyunçunun "Krasnodar"a keçmək ehtimalı daha yüksəkdi. Krasnodarlılar qış fasiləsində onu heyətinə qatmaq niyyətindədi. Bununla bağlı klublar arasında danışıqlara start verilib.

Qeyd edək ki, Ayaz Quliyevin "Spartak"la müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest