Böyük Britaniyanın paytaxtı Londonda dünya şahmat tacı uğrunda matça start verilib. Matç.az saytı xəbər verir ki, norveçli Maqnus Karlsen və ABŞ təmsilçisi Fabiano Karuana arasında ilk partiya keçirilib.

Yeddi saatdan çox sürən oyunda hazırkı dünya çempionu olan skandinaviyalı qara fiqurlarla yarım xal əldə edib. Qarşılaşma 115-ci gedişdə sülhlə yekunlaşıb. Bu gün qrossmeysterlər ikinci partiyada üz-üzə gələcək.

Qeyd edək ki, şahmatçılar klassik sistemlə 12 partiyada üz-üzə gələcək. Əgər bərabərlik qeydə alınsa qrossmeysterlər qısa vaxtla 4 partiyada güclünü müəyyənləşdirəcək. Əgər qalib yenə bəlli olmasa, Karlsenlə Karuananı 10 blits, o cümlədən 1 "armagedon" dueli gözləyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest