Noyabrın 7-də İsveçrənin Nyon şəhərində futzal üzrə AÇ-2022-nin püşkatma mərasimi keçiriləcək. Bu dəfə rekord sayda iştirakçı ilə mübarizəyə start veriləcək. Belə ki, 50 ölkənin milli assosiasiyası yarışa qatılmaqla bağlı müraciət edib.

Noyabrın 7-də İsveçrənin Nyon şəhərində futzal üzrə Aç-2022-nin püşkatma mərasimi keçiriləcək. Matc.az xəbər verir ki, bu dəfə rekord sayda iştirakçı ilə mübarizəyə start veriləcək.

Belə ki, 50 ölkənin milli assosiasiyası yarışa qatılmaqla bağlı müraciət edib. Bu iştirakçılardan 33-çü ilkin mərhələnin oyunlarında iştirak edəcəklər. Dç-2020-nin elit-raundunda iştirak edən 16 komanda – Azərbaycan, Belarus, Xorvatiya, çexiya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna - qrup, Aç-2022-yə evsahibliyi edəcək Hollandiya isə final mərhələsində mübarizəyə qoşulacaq.

Bildiyiniz kimi, Aç-2022-nin seçmə oyunları yeni formatda keçiriləcək. İlkin mərhələdə (mini-turnir) 33 komanda 9 qrupa bölünəcək. Qruplardan 6-da 4, 3-də isə 3 iştirakçı olacaq. Gələn il yanvarın 29-dan fevralın 1-dək keçiriləcək matçlarda qaliblər qrup oyunlarına vəsiqə qazanacaq. İkinci pillənin sahibi olacaq 9 qrup ikincisi və ən yaxşı göstəriciyə malik 5 "üçüncü" pley-off oyunlarında iştirak edəcək. Pley-off oyunları ev və səfər prinsipi ilə keçiriləcək.

Qeyd edək ki, komandalar oktyabrın 28-də açıqlanmış reytinq cədvəlinə uyğun bölünüblər. Avstriya və Şimali İrlandiya debüt edəcək. Final mərhələsində isə ilk dəfə olaraq 16 komanda yarışacaq. Yeniliklərdən biri də millimizin də mübrizəyə başladığı ikinci qrup mərhələsinin oyunları ev-səfər prinsipi ilə keçiriləcək. 2021-ci ilin fevral, aprel və sentyabr aylarında komandalar hərəyə iki oyun keçirəcəklər. Bu mərhələdə hər qrupda 4 iştirakçı yer alacaq.

 

İlkin mərhələnin səbətləri belədi:

Səbət-1: mini-turnirin ev sahibləri

Bosniya and Herseqovina (qrupda 1-ci pillə)

Belçika (qrupda 1-ci pillə)

Gürcüstan (qrupda 1-ci pillə)

Latviya (qrupda 1-ci pillə)

Şimali Makedoniya (qrupda 1-ci pillə)

Moldova (qrupda 1-ci pillə)

Bolqarıstan (qrupda 2-ci pillə)

Litva (qrupda 3-cü pillə)

Malta (qrupda 4-cü pillə)

 

Səbər-2: Hamısı qrupda 4-cü pillədə yer alacaq

Cəbəllütarıq

San Marino

Şotlandiya

Şimali İrlandiya

Avstriya

 

Səbət-3: Hamısı qrupda 3-cü pillədə yer alacaq

Ermənistan

Yunanıstan

Almaniya

Kipr

Uels

İstrail

Andorra

Estoniya

 

Səbət-4: Hamısı qrupda 2-ci pillədə yer alacaq

Turkiyə

Kosovo

Monteneqro

İngiltərə

İsveç

İsveçrə

Norveç

Danimarka

 

Səbət-5: hamısı qrupda 1-ci pillədə yer alacaq

Macarıstan

Polşa

Albaniya

 

Hollandiyaya aparan yol:

İlkin pley-off mərhələsinin püşkatması: 13 fevral 2020, Nyon

İlkin pley-off mərhələsinin oyunları: aprel 2020

Qrup mərhələsinin püşkatması: 14 may 2020, Nyon

Qrup mərhələsinin oyun günləri: fevral, aprel, sentyabr 2021

Pley-off oyunlarının püşkatması: sentyabr 2021, Nyon

Pley-off oyunları: oktyabr 2021

Final mərhələsinin püşkatması: 2021

Final mərhələsinin oyunları: 19 yanvar – 6 fevral 2022, Hollandiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest