"Mançester Yunayted"in hücumçusu Markus Reşfordun 22 yaşı tamam olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, İngiltərə Liqa Kubokunda "çelsi" ilə qarşılaşmada dubl edən gənc oyunçu göstəricisini yaxşılaşdırıb.

Belə ki, İngiltərə millisinin üzvü klub karyerasında qollarının sayını 52-yə çatdırıb. O, buna 184 görüşdə nail olub. Reşford hazırda "Yuventus"un formasını geyinən Kriştianu Ronaldoya məxsus rekordu yeniləyib.

2003-2009-cu illər ərzində "qırmızı şeytanlar"ın formasını geyinmiş portuqaliyalı oyunçunun 22 yaşı tamam olanda aktivində 47 qol var idi. Reşford isə ondan 5 top çox vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest