I divizionda IX tura yekun vurulub. Matc.az saytının məlumatına görə, bu gün turun daha 3 görüşü baş tutub.

"Sumqayıt-2" liderlər qrupunda yer alan "Sabah"ın ikinci komandasını məğlub edib. Lider "Turan Tovuz" səfərdə "Ağsu"ya uduzur.

"Keşlə-2" - "Qarabağ-2" qarşılaşmasında isə birincilər 3 xala sevinib.

 

I divizion

IX tur

1 noyabr

"Keşlə-2" - "Qarabağ-2" - 2:1

Qollar: Elmir Rəhimzadə, 40; Tunar Mütəllimov, 90+4 - Musa Qurbanlı, 84 (pen.)

"Sumqayıt-2" - "Sabah-2" - 2:1

Qollar: Nəbi Məmmədov, 47; Rüfət Abdullazadə, 63 - Reza Biqdelo, 90+2 (pen.))

"Ağsu" - "Turan Tovuz" - 3:1

Qollar: Səbayıl Bağırov, 40 (avtoqol); Fərrux Rəhimov, 43 (pen.); Malik Babayev, 68 - Elçin Qasımov, 31

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest