İtaliyanın "İnter" klubu azarkeşlərinə görə cəzalanıb. Matc.az xəbər verir ki, Milan təmsilçisinin fanatları A Seriyasının sonuncu – 10-cu turunun "Breşiya" ilə oyununda rəqib komandanın futbolçusu Mario Balotellinin ünvanına təhqiredici şüarlar səsləndiriblər. 
 
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. "İnter" azarkeşlərinin bu hərəkətinə görə 5 min avro cərimələnib.
 
Balotelli 2007-2010-cu illər aralığında "İnter"də çıxış edib. Keçmiş komandasının azarkeşlərinin bu hərəkətini narazılıqla qarşılayan 29 yaşlı hücumçu, oyun zamanı onlara orta barmağını göstərib.
 
"Breşiya" – "İnter" matçı qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest