İngiltərənin "Tottenhem" klubunun hücum xəttində dəyişikliklər gözlənilir. Matç.az saytı xəbər verir ki, İspaniya "Atletik"i London təmsilçisində çıxış edən 33 yaşlı yetirməsi Fernando Lorenteni qaytarmaq niyyətindədi.

2019-cu ilin yayında müqaviləsi başa çatacaq hücumçunun artıq qışda sabiq klubuna dönməsi istisna deyil. Bu mövsümdə 6 oyunda bir qol vuran Lorente 2004-13-cü illərdə də Bilbao klubunda forma geyinib.

"Tottenhem"in özü isə 7 qolla Almaniya Bundesliqasının bombardiri Sebastyan Alleri almaq istəyir. "Ayntraxt"ın 24 yaşlı fransalısının 15 milyon avroya transfer ediləcəyi iddia olunur. Hərçənd ona "Nyukasl" və Dortmudn "Borussiya"sı da elçi düşüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest