İngiltərənin "Lids" klubunun futbolçusu Kiko Kasilya cəzalandırılacaq. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, buna ispan qapıçının çempionşipin 9-cu turunun "çarlton" – "Lids" matçında (1:0) rəqib komandanın konqolu futbolçusu Conatan Lekoya qarşı irqçilik etməsi səbəb olub.
 
Kasilyanın 8-12 oyunluq diskvalifikasiya olunması gözlənilir. İngiltərə Futbol Assosiasiyası qərarını çərşənbə günü açıqlayacaq.
 
Kiko Kasilya "Lids"ə bu yay "Real"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest