çexiya milli komandasının 22 yaşlı futbolçusu Patrik Şik klubunu dəyişə bilər. Matç.az saytı xəbər verir ki, forvard artıq 2019-cu ilin yanvarında "Roma"dan ayrılmağa yaxındı.

çexiyalını heyətində görmək istəyən üç klub var. Bunlar "Sevilya", "Valyadolid" və "Arsenal"dı. Bir müddət əvvəl zədələnən Danni Uelbeki itirən London klubu hücumçunun xidmətində daha maraqlıdı.

İngiltərə təmsilçisi yayda azad agent olacaq Aron Remsini "Roma"ya vermək niyyətindədi. İtaliya klubu da potensialını tam aça bilməyən Şiki buraxmağa hazırdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest