Futbol üzrə İtaliya A Seriyasında 11-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. 

Açılış oyununda "Napoli" "Roma"nın qonağı olub. üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə başa çatıb.

"İnter" bu turda çətin "Bolonya" səfərinə yollanıb. Milanlılar bu görüşdə qələbəni son saniyələrdə qazandıqları penalti qolu ilə təmin ediblər. Turin təmsilçisi "Yuventus" şəhərin digər komandası olan "Torino" ilə üz-üzə gəlib. Qarşılaşma "qoca sinyora"nın qələbəsiylə başa çatıb.

İtaliya A Seriyası
11-ci tur

2 noyabr

Roma – Napoli 2:1
Qol: Zaniolo, 19. Veretu, 55-pen – Milik, 72.

Bolonya – İnter 1:2
Qol: Soriano, 59 – Lukaku, 75; 90+2-pen.

Torino – Yuventus 0:1
Qol: De Liqt, 70.

3 noyabr

15:30 Atalanta – Kalyari
18:00 Cenoa – Udineze
18:00 Leççe – Sassuolo
18:00 Verona – Breşiya
21:00 Fiorentina – Parma
23:45 Milan – Latsio

4 noyabr

23:45 SPAL – Sampdoriya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest